Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Vəsait Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan ayrılıb.