“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin rəqibləri qitənin ikinci dərəcəli klub turnirinin püşkatmasında bəlli olub.
Azərbaycan çempionu H qrupuna düşüb. Püşkatmaya 2-si səbətdən qoşulan “Qarabağ” bu mərhələdə “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Haken” (İsveç) ilə görüşəcək.
Avropa Liqasının qrup mərhələsi sentyabrın 21-də start götürəcək. Oyunların təqvimi yaxın müddətdə dəqiqləşəcək.
Qeyd edək ki, “Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrupunda oynayacaq. Ağdam təmsilçisi 2014/15 mövsümündən turnirlərin əsas raundlarının iştirakçısıdır.