İddialı və maraqlı qrupa düşmüşük.

Heftelik.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərə münasibət bildirərkən söyləyib.

Qurban Qurbanov təsnifat mərhələsində qarşılaşdıqları rəqiblərin də təhlükəli olduğunu bildirib: “Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. “Bayer 04” top-5 ölkəsinin komandasıdır. “Molde” və “Hakken” də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə qarşıdakı günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir”.

Qeyd edək ki, “Qarabağ” H qrupunda Almaniyanın “Bayer 04”, Norveçin “Molde” və İsveçin “Hakken” komandaları ilə üz-üzə gələcək.