Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, , hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb
İki minik maşınının toqquşması nəticəsində Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri – 37 yaşlı Samit Əmirov və onun 3 yaşlı övladı Elnur Əmirli ölüb, 7 nəfər xəsarət alıb.
Xəsarər alanlardan ikisi azyaşlıdır. Xəsarət alanlardan 3-ü Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Azyaşlılardan biri Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Xəsarət alanlardan ikisi Bakıdakı Kliniki Tibbi Mərkəzə, biri isə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.