Ermənistan bu gün Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində məhv edilən hərbçilərinin adlarını açıqlayıb.

Heftelik.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan ordusunun hərbçiləri – Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyan ölüb.

Daha bir yaralı əsgərin vəziyyəti orta ağır qiymətləndirilir.

***

saat 16.21

Ermənistan törətdiyi təxribat zamanı dörd hərbçisini itirib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan ordusu Ermənistanın 4 hərbçisini məhv edib, biri yaralanıb.

***

saat 16.11

Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin adını açıqlayıb.

Heftelik.az-ın məlumatına görə,  Azərbaycan Ordusunun məhv etdiyi erməni hərbçilər Andranik Antonyan və Arsen Mkrtçyandır.