Tanınmış jurnalist, İctimai TV-nin redaktoru Baxtiyar Haciyev Kapital Bankı məhkəməyə verir.
Heftelik.az-ın məlumatına görə, jurnalist bu barədə “Facebook” səhifəsində paylaşım edib.
Jurnalist yazıb ki, Kapital Bankı məhkəməyə verəcək: “Hansı vəkili və ya eksperti məsləhət görərdiniz? Hüquqi məsləhətə ehtiyacım var. Pulumu alıb qaytarmırlar. Deyirlər, müraciətinizə 10 iş günü ərzində baxılacaq. Hər gecikən günə görə təzminat tələb edəcəm”.