Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanı tərk edə bilər.

Heftelik.az-ın məlumatına görə, yazıcı be barədə paylaşımında bildirib.

Çingiz Abdullayev  sosial şəbəkədə ona qarşı olan hucumlardan zinhara gəldiyini qeyd edib: “Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam inciyəcəklər. “Yaramazlar” yazacam daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxım getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!”.