Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Kürdəmir stansiyasınndan 14 km cənubda Kürdəmir ərazisində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, zəlzələ Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.
Zəlzələ episentrdə 5 bala qədər, ətraf rayonlarda 4-3 bala qədər hiss edilib.
Zəlzələnin ocağı 52 km dərinlikdə yerləşib.