Aşıq Ələsgərin abidəsinin hissə-hissə bürüncdən tökülməsi prosesi başa çatıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya ARİ nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bundan sonrakı mərhələdə abidənin həmin hissələrdən yığılması başlayacaq: “Sözsüz, bu da bir qədər zaman alacaq prosesdir. Bütün birləşdirmə-bərkitmə işi yekunlaşdıqdan sonra isə müəllifin yekun baxışı olacaq”.

Direktor ümumi işin sentyabrın sonlarına təhvil verməyi planlaşdırdığını əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub. Abidənin memarı Malik Babayevdir.

Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.