Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib. Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.