İşçi qulluq mövqeyindən istifadə edərək digər işçiləri ictimai birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nda əksini tapıb.
İşçiyə miqrasiya orqanlarında ictimai birliklərin (həmkarlar ittifaqları istisna olmaqla) və ya dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud yaradılmasına yardım etmək qadağandır.