Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi ola bilər.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqan istintaq və ya digər prosessual hərəkətin aparılmasında, habelə məhkəmə iclasında iştirak edən nümayəndələrin sayını eyni vaxtda bir nəfərədək məhdudlaşdırmağa haqlıdır.
Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir.