Miqrasiya orqanları işçilərinin etik davranış qaydaları miqrasiya orqanlarında çalışan işçilər üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nda əksini tapıb.
Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyə uyğun olaraq hazırlanmışdır.