Şahidin hansı cinayət işi üzrə çağırıldığını bilmək, onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək, xahişlər etmək, özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək, ifadə verərkən cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə yadda saxlanılması çətinlik törədən mürəkkəb riyazi hesablamalara dair sənədlərdən, çoxsaylı coğrafi adlardan və digər məlumatlardan istifadə etmək; hadisələri dərk edərkən və ya dərk etdikdən dərhal sonra yazılı qeydlərindən ifadə verərkən istifadə etmək hüquqları var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.