Bu ayın sonunadək uşaq bağçalarında çalışanların sertifikasiyadan keçməsi qaydası hazırlanacaq.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib.

Nazir müavini qeyd edib ki, bu ay ərzində builki sertifikatlaşdırma nəticəsi barədə təhlillər aparmaq mümkün olacaq: “Uşaq bağçalarında çalışanların sertifikatlaşdırmadan keçirilməsi ilə bağlı ayın sonuna kimi qaydalar hazırlanacaq”.