Ötən il sertifikatlaşdırmadan kəsilən 60 yaşdan yuxarı 2800 müəllimdən 600-ü bu il sertifikasiyada iştirak etməkdən imtina edib.

Heftelik.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Qeyd edək ki, qaydalara edilmiş dəyişikliyə görə, bu ildən 60 yaşdan yuxarı müəllimlərin sertifikasiyada iştirakı könüllüdür.