Tərcüməçinin tərcüməni dəqiqləşdirmək məqsədi ilə tərcümə zamanı iştirak edənlərə suallar verə bilər.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Tərcüməçinin tərcüməni dəqiqləşdirmək məqsədi ilə tərcümə zamanı iştirak edənlərə suallar vermək, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə, həmçinin məhkəmə iclası protokolunun və ona əlavə edilmiş audioyazının müvafiq hissəsi ilə tanış olmaq, tərcümənin tam və düzgün yazılmasına dair protokola daxil edilməli qeydlər vermək hüquqları var.