Voleybol üzrə Türkiyə yığması qadınlar arasında Avropa çempionu olub.
Heftelik.az-ın məlumatına görə, ay-ulduzlular finalda Serbiya yığmasını 3:2 hesabı ilə məğlub edib.
Beləliklə, Avropa çempionatında iki dəfə finala çıxaraq gümüş medal qazanmış Türkiyənin qadınlardan ibarət voleybol yığması bu dəfə finaldan qalib ayrılaraq tarixində ilk dəfə Avropa çempionu olub.
Qardaş ölkənin qadın voleybolçuları bundan əvvəl Millətlər Liqasının qalibi olmuşdu.