İşə mahiyyəti üzrə baxan hakim “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmiş müvafiq icra hakimiyyəti orqanına və barəsində Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar qətnamə qəbul edilmiş şəxsə onun məlum olan sonuncu yaşayış yeri üzrə göndərilir.