Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydalarının əsas məqsədi miqrasiya orqanlarının və miqrasiya orqanlarında qulluğun nüfuzunun artırılması, vətəndaşların miqrasiya orqanlarına və miqrasiya orqanları işçilərinə etimadının yüksəldilməsi, fəaliyyətdə səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, işçilər tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, işçilərdən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması və fəaliyyətin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nda əksini tapıb.

Bu Qaydalar miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan, habelə dövlət qulluğu vəzifələrində qulluq keçən və dövlət qulluqçusu olmayan mülki işçilərə şamil edilir.

İşçi öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qaydanın tələblərinə əməl etməyə borcludur.