Ərdoğandan Kərkük MESAJI

05 Sentyabr 2023, 15:03

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən mediaya açıqlaması zamanı Kərkük məsələsinə də toxunub.

Heftelik.az-ın TRT Haber-ə istinadən verdiyi məlumata görə, Ərdoğan Kərkükdə baş verəcək hər hansısa bir hadisənin İraqın ərazi bütövlüyünün pozulması demək olduğunu deyib.

“Türkman yurdu Kərkük yüz illərdir müxtəlif mədəniyyətlərin bir arada yaşadığı coğrafiya olub. Bu coğrafiyanın sülh və bütövlüyünün pozulmasına icazə verməyəcəyik”, – o əlavə edib.