ushaqUzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə Mülki Prosessual Məcəllədə qeyd olunanlarla yanaşı digər qadağalar da göstərilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə Mülki Prosessual Məcəllədə qeyd olunanlarla yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:

–  məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;

–  yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;

–  zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;

–  uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat.

Uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək müddətə verilir.