Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin qanuni mənafeyi əleyhinə hər hansı hərəkəti etməyə haqlı deyil.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsinə verilmiş etibarnamədə nəzərdə tutulmuş halda nümayəndə, habelə vəzifəsinə görə mülki iddiaçının və ya mülki cavabdehin qanuni mənafeyini təmsil edən müvafiq hüquqi şəxsin rəhbəri öz səlahiyyəti daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada təmsil etdiyi şəxsin adından aşağıdakıları etmək hüququna malikdir:

– təmsil etdiyi şəxsə qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə verilmiş şikayətdən imtina etmək;

– şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;

– nümayəndəsi olduğu zərər çəkmiş şəxsin xüsusi ittihamçı qismində tanınmasını tələb etmək;

– təmsil etdiyi şəxsin verdiyi mülki iddiadan imtina etmək;

– təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş mülki iddianı qəbul etmək;

– təmsil etdiyi şəxsə məhkəmənin qərarı ilə verilmiş əmlakı almaq.