Şahidin verdiyi ifadələri çəkdiyi planlarla, sxemlərlə və şəkillərlə müşayiət etmək, cinayət prosesi üzrə məhkəməyədək icraat zamanı ifadəsini şəxsən yazmaq, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclası protokolunun və ona əlavə edilmiş audioyazının ona aid olan hissəsi ilə tanış olmaq, ifadəsinin tam və düzgün olması üçün protokola zəruri əlavə və qeydlərin daxil edilməsini tələb etmək hüquqları var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.