Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisinin hansı hüquqları olmadığı məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisinin aşağıdakılara hüququ yoxdur:
– ölmüş şəxsin ittiham olunduğu əməlin törədilməsində onun təqsirini etiraf etmək;
– təqsirləndirilən (şübhəli) şəxsin verdiyi şikayətdən imtina etmək.
Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər.