Partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə kənar təşkilatlar tərəfindən odlu, qaz təhlükəli və yüksək təhlükəli işlər aparılan zaman hansı işlərin görüldüyü müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə kənar təşkilatlar tərəfindən odlu, qaz təhlükəli və yüksək təhlükəli işlər aparılan zaman
– MNK obyektinin və podratçı təşkilatın birgə əmri ilə tapşırıq-icazə vərəqəsini təsdiq edən, işlərin təşkilinə və təhlükəsiz görülməsinə məsuliyyət daşıyan, tapşırıq-icazə vərəqəsi verməyə səlahiyyəti olan, hazırlıq işlərinin aparılmasına cavabdeh olan istismarçı təşkilatın rəhbər və mühəndis-texniki işçiləri və podratçı təşkilatdan işlərin aparılmasına cavabdeh mütəxəssislər və hava mühitinin analizini aparan şəxslər təyin olunur;
– struktur bölmənin rəisinə və ya onu əvəz edən şəxsə tapşırıq-icazə vərəqəsi vermək, obyekti işlərin yerinə yetirilməsinə hazırlamaq;
– tapşırıq-icazə vərəqəsi üzrə işlərin yerinə yetirilməsinə cavabdeh olan kənar podratçı təşkilatların mütəxəssislərinin təhlükəsizlik norma və qaydaları üzrə bilikləri təmsil edildikləri müəssisədə yaradılmış komissiya tərəfindən Agentliyin nümayəndəsinin iştirakı ilə yoxlanılmalıdır.