Əsas nasos aqreqatların dizel intiqalları və elektrik stansiyaları qığılcımsöndürənlə təchiz olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Əsas və dayaq nasosları, elektrik stansiyaları yerləbirləşdirici qurğular vasitəsilə yerləbirləşdirilməlidir. Nasos aqreqatlarının və işıqlandırıcı projektorların intiqallarının qidalandırıcı kabelləri xüsusi altlıqlar üzərində çəkilməlidir.

Əsas və dayaq nasos aqreqatlarının boru sarğıları əvvəlcədən sınaqdan keçirilməlidir.