Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsinin  özünün və ya təmsil etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin protokolları, habelə məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolunda yazılanların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək, istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, təmsil etdiyi şübhəli və ya təqsirləndirilən şəxsin tutulması, həbsə alınması və ya həbsdə saxlanılmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq, ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, təmsil etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq, birinci və apellyasiya instansiyası məhkəməsinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək, təmsil etdiyi zərər çəkmiş və ya təqsirləndirilən şəxsin müvafiq olaraq nümayəndəsi, yaxud müdafiəçisi olmadıqda, birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək hüquqları var.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.