İşçi tərəfindən etik davranış qaydalarına əməl olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir və Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları  ilə müəyyən edilmiş tədbirlər görülür.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nda əksini tapıb.

Bu Qaydalara əməl olunmasına nəzarət miqrasiya orqanının daxili təhlükəsizliyi və daxili nəzarəti həyata keçirən struktur bölməsi tərəfindən həyata keçirilir.