İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi və sonradan, qanunla müəyyən edilən müddətə, orada saxlanılması üçün əsasdır.