Sabah Füzuli şəhərinə növbəti köç baş tutacaq.

Heftelik.az-ın məlumatına görə,  keçmiş məcburi köçkünlərin daha bir qrupu sentyabrın 7-də doğma Füzuli şəhərinə qayıdacaq.

Qeyd edək ki, Füzuli sakinlərinin doğma şəhərinə qayıdışına bu il avqustun 18-də başlanılıb.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən binalarda yaşayırlar.

İndiyədək 70 ailənin (247) nəfərin Füzuli şəhərinə qayıdışı təmin edilib.

Birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur.