İsrailin Baş naziri Beynayamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın İsraildəki Səfirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.