Qanunçuluq prinsipi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nda əksini tapıb.
İşçi vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinə ciddi əməl etməlidir.
Vicdanlı davranış prinsipinə gəlincə, işçi şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. İşçi bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.