eksİş üzrə araşdırma yekunlaşdıqdan sonra məhkəmə yerində müşavirə apararaq və ya müşavirə otağında səs çoxluğu ilə məhkəmə aktını qəbul edir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla, məhkəmə aktının giriş və nəticə hissələrini elan edir, məhkəmə aktından şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda onun nəticə hissəsini izah edir.

“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimlərin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.