İstismarçı təşkilatın təmir işlərinə başlamazdan hansı tədbirləri yerinə yetirməyə borclu olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İstismarçı təşkilat təmir işlərinə başlamazdan 5 gün əvvəl aşağıda göstərilən tədbirləri yerinə yetirməyə borcludur:

– yeraltı neft kəmərinin keçdiyi yerləri, yeraltı neft kəmərinin faktiki dərinliyini, bina və qurğuları, onların yeraltı kommunikasiyalarla, süni və təbii maneələrlə kəsişdiyi yerləri dəqiqləşdirməli və işarələrlə qeyd etməli;

– trasın (meydaçanın) təhkim olunması haqqında akt tərtib etməli;

– neft kəməri sahəsinin (meydançaların) təhvil aktını tərtib etməli və podratçıya təhvil verməli;

– podratçı ilə birgə buraxılış aktını tərtib etməli;

– işlərin yerinə yetirilməsi üzrə layihəni razılaşdırmalı;

– tikintiyə icazəni rəsmiləşdirməli;

-işlərin mühəndis kommunikasiyalarının mühafizə zonasında yerinə yetirilməsinə razılıq verməlidir.