Uzun illər Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi vəzifəsində işləmiş Amal Teymurov maliyyə pozuntularına görə işdən çıxarılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Qaynarinfo.az məlumat yayıb.

Qeyd edilib ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə onun yerinə daxili xidmət mayoru Elnar İmanov təyin edilib.

Elnar İmanov bu vəzifəyə kimi Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi Zaur Zeynalovun müavini və baş zabiti vəzifəsində çalışıb.