Məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur.
Heftelik.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, lakin bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər:
“Lakin bu tip məsələlər nəzərdən keçirilir. Bəzi məktəblərdə pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür”.