Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi gözlənilir.
Heftelik.az-ın xəbərinə görə, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
səfər sentyabrın 9-10-a nəzərdə tutulur. Makron əvvəl Ermənistana, sonra Azərbaycana səfər edəcək.
Səfər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Səfərin baş tutub-tutmayacağı ilə bağlı Fransanın öz rəsmi dairələrində də yekdil qərar yoxdur.