Ekspert cinayət prosesini həyata keçirən orqanın tələbi ilə ekspertizanın keçirilməsinə dair xərclərin smetası və çəkdiyi xərclər barədə hesabat təqdim etmək, cinayət prosesi iştirakçılarına yazılı rəy təqdim etmək, onun məzmununu izah etmək, habelə onların suallarına cavab vermək və yazılı rəyin izahatı üzrə şifahi rəy vermək üçün cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlmək və cinayət prosesini həyata keçirən orqana və onu dəvət etmiş şəxsə xüsusi ixtisasını təsdiq edən sənəd təqdim etmək; göstərilən orqanın və ya şəxsin, habelə məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə qoyulmuş məsələlər üzrə qabiliyyəti olduğunu düzgün qiymətləndirmək vəzifələrini yerinə yetirməlidir.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.