Məhkəməyə təqdim edilmiş ərizəyə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə müvafiq icra hakimiyyəti orqanının rəyinə uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldükdə, habelə Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülərkən, övladlığa götürülənin və övladlığa götürənin (götürənlərin) müvafiq icra hakimiyyəti orqanında vahid elektron uçotda olmasını, habelə vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənəd əlavə olunur.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Zəruri hallarda məhkəmə digər məlumatları da tələb edə bilər.