Panama futbol yığmasının üzvü öldürülüb.
Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, Panama millisinin 26 yaşlı müdafiəçisi Gilberto Ernandes Kolon şəhərində güllələnib.
O, dostları ilə kənd mərkəzində olduğu zaman taksi ilə gələn şəxslər onu güllələyiblər. Hadisə zamanı 7 nəfər də yaralanıb. Şübhəli şəxslər arasında saxlanılanlar var.
Qeyd edək ki, 2017-ci ildə başqa bir panamalı futbolçu, yarımmüdafiəçi Amilkar Enrikes də güllələnərək öldürülmüşdü.