Bankın öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizənin məzmunu açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Bankın öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizəyə bankın öhdəliklərinin könüllü restrukturizasiyasına əsas olan hallarla bağlı sənədlər, Azərbaycan Respublikasının Mərkəzi Bankın yazılı bildirişi alınmış restrukturizasiya planı və bununla əlaqədar toplanmış digər sənədlər əlavə edilməli və ərizəçinin xahişi göstərilməlidir.