Neft kəmərlərinə neftin doldurulması və boşaldılması üzrə işlər yerinə yetirilərkən iki və daha çox dayaq nasoslarının istifadəsi zamanı Dş250 mm kollektorda və neft boru kəmərində neft doldurulan vantuz siyirtmələrində əks klapanlar quraşdırılmadan neftin vurulması işlərini aparmaq, 0,3 MPa-dan çox izafi təzyiqi olan boşaltma sahələrində dayaq aqreqatlarından istifadə etmək və əgər xətdə, işçi təzyiq sahə magistral boru kəmərlərində və xortumlarda yol verilən təzyiqi aşarsa sahə magistral boru kəmərlərindən və metal xortumlarından istifadə etmək qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.