Ekspert cinayət prosesini həyata keçirən orqanın və məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbinə əsasən peşə təcrübəsi və müvafiq cinayət işinin icraatında iştirak etmiş şəxslərlə münasibəti barədə məlumat vermək, istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak edərkən, həmin hərəkətləri aparan şəxsin, məhkəmə iclasında isə sədrlik edənin icazəsi olmadan bu yerləri tərk etməmək, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq, məhkəmə iclasında qaydaya riayət etmək, cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə aparılmış istintaq və ya digər prosessual hərəkətlər və bu zaman müəyyən edilmiş hallara dair məlumatı, habelə qapalı məhkəmə iclasının məlumatlarını yaymamaq; ona məlum olan şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq vəzifələrini yerinə yetirməlidir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.