Məhkəmə tərkibinin elan olunması və etiraz hüququnun izah edilməsi proseduru açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Sədrlik edən məhkəmə tərkibini elan edir və işdə iştirak edən şəxslərə etiraz etmə hüququnu izah edir.

Etiraz üçün əsaslar, edilmiş etirazın həlli qaydası və etirazların təmin edilməsinin nəticələri bu Məcəllənin 19-23-cü maddələri və bu fəsillə müəyyən olunur.