Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nda əksini tapıb.

İşçi qulluq borcunun məsuliyyətini dərindən dərk etməli və öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.  İşçi etik davranışı və öz peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin miqrasiya orqanlarına inamını artırmalı və möhkəmləndirməlidir.