Podratçı təşkilatın işə başlamazdan ən azı 10 gün əvvəl nələri razılaşdırmaq üçün istismarçı təşkilata təqdim etməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Podratçı təşkilat işə başlamazdan ən azı 10 gün əvvəl aşağıdakıları tərtib edib razılaşdırmaq üçün istismarçı təşkilata təqdim etməlidir:

– işlərin yerinə yetirilmə planını;

– işlərin təşkilinə və təhlükəsiz aparılmasına cavabdeh şəxslərin təyin edilməsi haqqında əmri;

– işlərin yerinə yetirilməsində iştirak edən şəxslərin siyahısını;

– mühəndis-texniki heyətin və fəhlələrin ixstisaslarını təsdiq edən sənədləri;

– podratçının yüksək təhlükəli işlərin yerinə yetirilməsinə hazırlığını təsdiq edən sənədləri;

– iş zamanı istifadə edilən maşın və mexanizmlərin sazlığını və onların texniki yoxlamadan keçməsini təsdiq edən sənədləri.