Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi proseduru məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan şəxsin qanunla nəzərdə tutulmuş hallarda narkoloji-tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.