Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi müddətinin uzadılması həkim-psixiatriya komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin müalicənin başlandığı gündən hər altı aydan bir qaldırılan vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən həyata keçirilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə bu barədə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər.