“Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası hər hansı bir üzv dövlətin ərazisində təbii fəlakət baş verərsə, üzv ölkələrin xilasedicilərinin müəyyən vaxt gözləmədən orada iştirak etməsi və yaradılacaq mərkəzlərlə bağlı idi”.
Heftelik.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.
“Orada zirvə toplantısı olacaq və sənədlər imzalanacaq. Bir neçə yerdə mərkəzlər olacaq. Bu, mərkəzlər üzv dövlətlərin ərazilərində yerləşəcək”.